Türkiyə strateji əhəmiyyətə malik NATO ölkəsidir - Stoltenberq

 21:20 19.06.2022     425

Türkiyə Avropa, Rusiya, İraq və Suriya mövzularında strateji əhəmiyyətə malik mühüm NATO ölkəsidir.

Redaktor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın "Bild" qəzetinə müsahibəsində deyib.

O, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin narahatlığını xatırladıb və heç bir NATO ölkəsinin Türkiyə qədər terrordan əziyyət çəkmədiyini vurğulayıb.

"Üzvlük müraciətləri üçün tarixi bir məqamdır. Finlandiya və İsveçin üzvlüyü təkcə bu ölkələrin özlərini deyil, hamımızı gücləndirəcək", - deyə Stoltenberq bildirib.

O xatırladıb ki, NATO ölkələri, İsveç, Finlandiya və Aİ PKK-nı terror təşkilatı kimi tanıyıb.