Fransada seçkilər - Makron mütləq səs çoxluğunu itirdi

 22:56 19.06.2022     242

Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçirilib.

Redaktor.az xəbər verir ki, rəy sorğusu təşkil edən təşkilatlar ilkin proqnozlarını açıqlayıb.

"Ifop", "OpinionWay", "Elabe" və "Ipsos" təşkilatlarının açıqladığı proqnozlara əsasən, Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi siyasi qüvvələr parlamentdə mütləq səs çoxluğunu itirib.

Bildirilib ki, Makronun partiyası parlamentdə 200-260 mandat, onun rəqibi olan solçular isə 149-200 yer qazanıb. Mütləq çoxluq üçün siyasi qüvvələr parlamentdə 289 yer qazanmalıdır.

İfrat sağçı Milli Cəbhə partiyası da rekord nəticə göstərib, parlamentdə 90-a yaxın yer qazanıb.