Almaniya daş kömrün istehsalını artırır

 00:00 20.06.2022     266

Rusiyadan alınan qazın həcmi azaldığından Almaniya özünün enerji təchizatının etibarlılığı üçün təcili tədbirlər görməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyi bu gün yaydığlı bəyanatda bildirib.

Nazirlik bildirib ki, qazın azalması daş kömürə yönəlməni qaçınılmaz edir. Qaz sərfiyyatını azaltmaq üçün elektrik istehsalında kömürdən daha çox istifadə edilməlidir. Buna görə də kömürlə işləyən stansiyalara üstünlük veriləcək.