Donbasda Rusiyanın qırıcısı vuruldu - "Vaqner"in pilotu əsir götürüldü - FOTO

 09:41 20.06.2022     596

Ukrayna ordusu Donetsk vilayətinin Svetlodarsk rayonu yaxınlığında Rusiyanın "Su-25" hücum təyyarəsini vurub. "Vaqner"in pilotu əsir götürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Yuri Butusov məlumat verib.

Onun sözlərinə görə, Rusiya hücum təyyarəsi Qara kazaklar adına 72-ci xüsusi mexanikləşdirilmiş briqadanın əsgərlərinin "kubokudur". O, iyunun 18-də “İqla” portativ zenit-raket kompleksindən atışla yerə endirilib.

Ukraynalı müdafiəçilər rusiyalı pilot Andrey Fedorçukovu ələ keçirə biliblər. Dindirmə zamanı o, "Vaqner" şəxsi hərbi şirkətinin muzdlusu olduğunu etiraf edib.

Fedorçukov ailəsi ilə / şəkil <a href=