Ukraynadan Rusiyaya ağır zərbə - Daha 200 hərbçi məhv edildi

 10:40 20.06.2022     747

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 33 800 (200+) canlı qüvvəsi, 1 477 tankı, 3 588 zirehli döyüş maşını, 749 artilleriya sistemi, 238 reaktiv yaylım atəşi sistemi, 98 havadan müdafiə sistemi, 216 hərbi təyyarəsi, 181 helikopteri, 601 dronu, 130 qanadlı raketi, 14 gəmi/kateri, 2527 avtomobil texnikası və yanacaq çəni və 55 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts, və Zaparojye istiqamətində verib.

T.İSMAYIL

2