"Müttəfiqlərdən silah almasaq, o zaman kürəklə vuruşacağıq" - Dmitri Kuleba

"Müttəfiqlərdən silah tədarükü dayandırılacağı təqdirdə Ukrayna özünü Rusiyanın hərbi təcavüzündən kürəklə müdafiə edəcək".
Redakor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ARD telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərbdə heç kim ukraynalıların silah tədarükü olmadan güzəştə getməyə daha həvəsli olacağına inanmamalıdır.
"Silah almasaq, o zaman kürəklə vuruşacağıq, amma özümüzü müdafiə edəcəyik, çünki bu müharibə bizim varlığımız üçün bir müharibədir", - Kuleba vurğulayıb.
Nazir qeyd edib ki, Ukrayna Rusiyadan xeyli az silaha malikdir.
“Ona görə də, silahları nə qədər tez alsaq, bir o qədər tez göndərilsə, bizə bir o qədər kömək olar. Silahlar gec göndərilsə, yenə də sağ ol deyəcəyik, amma o zaman çox şey boşa çıxacaq, çox insan öləcək”, - deyə nazir əlavə edib.
Xatırladaq ki, Avstraliya öz zirehli transportyorlarını Ukraynaya göndərib. Sloveniya həmçinin Kalaşnikov avtomatları, dəbilqələr, zirehlər, digər avadanlıqlar və 35 piyada döyüş maşınının daxil olduğu böyük bir silah partiyasını təhvil verib.
Slovakiya Ukraynaya Grad MLRS üçün 5 helikopter və sursat verəcəyini təsdiqləyib.
Jurnalistlər Almaniyanın Ukraynaya söz verdiyindən üç dəfə az silah çatdırdığını da hesablayıblar.
Turan ASLAN