Rusiya səfirinə Britaniya parlamentinə daxil olmaq qadağan olundu

 17:49 20.06.2022     398

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelinə xüsusi göstərişə qədər sözügedən ölkənin parlamentinin binasına daxil olmaq qadağan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Guardian” qəzeti yayıb.

Qadağa Böyük Britaniyada akkreditə olunmuş digər rusiyalı diplomat və məmurlara da şamil edilib.

Bildirilir ki, bu qadağa Rusiyanın Ukraynaya qarşı xüsusi əməliyyatı başlayan andan qeyri-rəsmi olaraq tətbiq edilsə də, indi ilk dəfə olaraq yazılı formada təsdiq olunub.