Polşa sərhədində belarus əsgərlərinin təxribatının qarşısı alındı

 19:16 20.06.2022     413

Polşa sərhədçiləri Belarus hərbçilərinin təxribatının qarşısını alıblar

Redaktor.az xəbər verir ki, Polşa sərhəd xidmətinin məlumatına görə, onlar sərhəddə quraşdırılmış hasarın altında tunel qazıblar.

Belə ki, Polşanın Dubiçi kəndi yaxınlığındakı ərazidə hasarın altını qazmağa çalışan altı belarus əsgəri polşalıların diqqətini cəlb edib. Həmin tuneldən afrikalı qaçqınların pul müqabilində Polşa ərazisinə ötürülməsi üçün istinadə olunurmuş.

“Mərakeş, Seneqal və Hindistandan olan şəxslər Polşa ərazisinə qeyri-qanuni yollarla daxil olmağa cəhd ediblər”, - məlumatda deyilir.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən