“Macarıstan Ukraynanın Avropa İttifaqına namizədliyini dəstəkləyəcək” - Baş nazir

“Macarıstan Avropa İttifaqı (Aİ) liderlərinin gələcək sammitində Ukrayna üçün Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyəcək”.
Redaktor.az "Magyar Hírlap"a istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Orban bu gün Avropa Şurasının 23-24 iyun tarixlərində keçiriləcək iclasından əvvəl Belçika, Bolqarıstan, Estoniya, Lüksemburq və Malta liderləri, həmçinin Avropa Şurasının rəhbəri Çarlz Mişel ilə birlikdə videokonfransda iştirak edib.
Görüş zamanı Orban Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının tövsiyəsi ilə razılaşıb, lakin qeyd edib ki, Budapeşt “və bir neçə digər Aİ üzvü” Gürcüstan və BH-nin də bunu alması lazım olduğuna inanır.
Xatırladaq ki, Avropa Komissiyası Avropa Şurasına Ukraynaya Avropa perspektivi və Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu verməyi tövsiyə edib.
İLTİFAT