Rusiyadan əvvəl nüvə zərbəsindən istifadə etməliyik - Alman general

NATO Rusiyadan gələn nüvə təhdidlərinə hazır olmalı və çəkindirici zərbə endirməlidir.
Redaktor.az xəbər verir ki, “Bild” nəşrinin yazdığına görə, bunu Almaniya Hərbi Hava Qüvvələrinin komandanı, general İnqo Gerhardtz Kieldə Beynəlxalq Dəniz Qüvvələri simpoziumunda çıxışı zamanı deyib.
“Lazım gəlsə, nüvə hücumunun qarşısının almaq üçün həm vasitə, həm də siyasi iradə lazımdır”, - deyə general bildirib.
Onun sözlərinə görə, Rusiya ilk addımı atdığı təqdirdə, NATO ölkələri nüvə silahından istifadə etməyə hazır olmalıdır.
Rusiyanın NATO-ya müdaxiləsi ehtimalını şərh edən general Putinə icmarıc yollayıb: “Bizdən uzaq dur!”.
"2030-cu ilə qədər avropalılar Baltik dənizi regionunda 600-dən çox müasir qırıcıya sahib olacaqlar. Bundan başqa Amerika təyyarələri də var",- alman komandan əlavə edib.
İLTİFAT