Nikolayevi müdafiə edən soydaşlarımız təltif olundu

 21:53 20.06.2022     185

Ukraynada müharibə zamanı Nikolayev şəhərinin müdafiəsində göstərdikləri xidmətə görə bəzi soydaşlarımız təltif edilib.

Redaktor.az xəbər verir ki, Nikolayev meri Oleksandr Senkevic Ukrayna Azərbaycanlıları Radasının (UAR) vilayət üzrə təmsilçisi Zaur Ağabəyov və onun şəhər Radasının deputatı olan oğlu Ramil Ağabəyovu fəxri fərmanla təltif edib.

Ukrayna vətəndaşı olan soydaşlarımız Rusiyanın başlatdığı hərbi əməliyyatlar zamanı humanitar yardımlarda aktiv iştirak ediblər.