Ukraynanın yüksək vəzifəli məmurları arasında GƏRGİNLİK

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyakın Ukraynaya 1000 haubitsa, 300 MLRS və 500 tanka ehtiyacı olduğunu söyləməsinə görə tənqid edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Strana.today" yazıb.
"Mən başa düşə bilmirəm ki, o, niyə belə bəyanatlar verir? Podolyak məgər Baş Qərargahın nümayəndəsidir? Mən onu yalnız Yanukoviçin yanında hərlənəndə görmüşəm. Başa düşə bilmirəm ki, o, indi niyə ordunun sözcüsüdür? Belə şeyləri Zalujnı, Şaptal və Müdafiə naziri deməlidir”, – Danilov "Liqa"ya müsahibəsində deyib.
Bundan əvvəl Danilov “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanı Ukrayna Silahlı Qüvvələrinin itkilərini gündə 500 nəfər səviyyəsində dilə gətirdiyinə görə tənqid edib.
"Mən bir daha hər gün cəbhədə 200, 300 və ya daha çox insanın olduğunu söyləyən liderlərə müraciət etmək istəyirəm. Ölənlərlə bağlı belə hoqqabazlıq etmək olmaz. Bu sirk deyil, insanların həyatıdır”, - Danilov bildirib.
İLTİFAT