Avropa İttifaqı Ukraynaya 9 milyard avro verəcək

 22:43 20.06.2022     310

Yaxın günlərdə Avropa İttifaqı Ukraynaya dəstək üçün 9 milyard avro (9,5 milyard dollar) məbləğində maliyyə paketinin təsdiq etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə Bloomberg üç avropalı məmura istinadən xəbər verir.

Kiyev üçün yeni makromaliyyə yardım proqramı əsas borcun ödənilməsi üçün 10 illik güzəşt dövrü ilə 25 illik kreditlərdən ibarət olacaq. Faiz ödənişlərinin Aİ büdcəsindən qarşılanması gözlənilir.

Rəsmilərin sözlərinə görə, təklifin bu həftə yekunlaşacağı gözlənilir, Aİ liderləri Ukraynanın bərpa planını və onun bloka üzvlük təklifini müzakirə etmək üçün cümə axşamı və cümə günləri Brüsseldə görüşəcəklər.

Təklif olunan 9 milyard avroluq maliyyə paketi Aİ-nin bütün 27 üzv dövləti və Avropa Parlamenti tərəfindən dəstəklənməlidir.

Avropa Komissiyası ilk dəfə mayın ortalarında Ukraynanın ayda 5 milyard avroluq maliyyə ehtiyaclarının bir hissəsini ödəmək üçün ən son yardım paketini təklif edib.

Ukrayna hökuməti tərəfdaşlarını təcili olaraq vəsait köçürməyə çağırıb, lakin Almaniya paketlə razılaşmayıb.

İLTİFAT