Müharibədə həlak olan ukraynalı hərbçilərin sayı AÇIQLANDI

 22:58 20.06.2022     685

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən bəri Ukrayna ordusunun 10 minə yaxın hərbçisi həlak olub, 30 minə yaxını yaralanıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Dmitri Qordona müsahibəsində deyib:

"Dəqiq deyə bilmərəm, amma təxminən 30 min yaralı var"i.

Eyni zamanda, Arestoviç qeyd edib ki, yaralanan hərbçilərin təxminən 96-98 faizi yenidən orduya qaytarılır.

“Yəni bunlar əbədi olaraq əlil qalan yaralılar deyil”, - deyə Prezident Aparatı rəhbərinin müşaviri bildirib.

İLTİFAT