"Ukrayna Silahlı Qüvvələri "Harpun" raketlərindən istifadə ediblər - Britaniya kəşfiyyatı

 09:51 21.06.2022     150

“Ukrayna Silahlı Qüvvələri Rusiya dəniz qüvvələrini vurmaq üçün Qərbin bağışladığı “Harpun” gəmiəleyhinə raketlərindən ilk dəfə uğurla istifadə etdiklərini iddia ediblər”.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında yazılıb.

“Hücumun hədəfi Qara dənizin şimal-qərbindəki İlan adasına silah və şəxsi heyət çatdıran Rusiya donanmasının gəmiləri olub. Gəminin məhv edilməsi Rusiyanın İlan adasını işğal edən qüvvələrinə dəstək verərkən hansı çətinliklərlə üzləşdiyini göstərir. Ukraynanın sahil müdafiəsi Rusiyanın Qara dənizin şimal-qərbində dəniz nəzarəti yaratmaq cəhdlərinin qarşısını alıb. Bu, Odessa bölgəsini dənizdən risk altında saxlamaq istəyən Rusiyanın əməliyyat planlarını sarsıdıb”, - məlumatda bildirilib.