Ötən gün Ukraynada Rusiyanın 300 hərbçisi MƏHV EDİLİB

 10:26 21.06.2022     578

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 34 100 (300+) canlı qüvvəsi, 1 496 tankı, 3 606 zirehli döyüş maşını, 752 artilleriya sistemi, 239 reaktiv yaylım atəşi sistemi, 98 havadan müdafiə sistemi, 216 hərbi təyyarəsi, 181 helikopteri, 611 dronu, 137 qanadlı raketi, 14 gəmi/kateri, 2537 avtomobil texnikası və yanacaq çəni və 59 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts və Avdiiv istiqamətlərində verib.

İLTİFAT

2