Rus jurnalist “Nobel” medalını ukraynalı uşaqlara görə satdı

 10:58 21.06.2022     200

Rusiyanın “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muratov ukraynalı uşaqlara yardım etmək üçün öz “Nobel” medalını hərracda 103,5 milyon dollara satıb.

Redaktor.az “The Guardian”a istinadən xəbər verir ki, medalı alan şəxsin adı açıqlanmayıb.

Bildirilir ki, bu, mükafat tarixində “Nobel” medalına verilən ən yüksək qiymət olub.

Muratovun sözlərinə görə, əldə edilən gəlir ukraynalı qaçqın uşaqlara yardım etmək üçün YUNİSEF-ə göndəriləcək.

Xatırladaq ki, D.Muratov 2021-ci ilin oktyabrında “demokratiya və davamlı sülh üçün ilkin şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə” Nobel Sülh Mükafatına layiq görülüb. O, martın sonlarında ukraynalı uşaqlara yardım etmək üçün medalını satışa çıxarıb.