Ermənistan deputatları Türkiyədədir

 12:02 21.06.2022     212

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatları Hasmik Akopyan və Tsovinar Vardanyan Parlamentlərarası İttifaqın miqrasiya məsələlərinə həsr olunmuş forumunda iştirak etmək üçün İstanbula gediblər.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qanunverici orqan məlumat yayıb.

Bildirilib ki, onlar Parlamentlərarası İttifaqın miqrasiya məsələlərinə həsr olunan forumunda iştirak edirlər.

İyunun 22-dəl davam edəcək səfər zamanı deputatları Ermənistan parlamentinin aparatının Xarici Əlaqələr Departamentinin Beynəlxalq Təşkilatlar Şöbəsinin baş mütəxəssisi Zabela Qhazaryan müşayət edir.

İLTİFAT