ABŞ polisi ukraynalılara göndərmək üçün əhalidən silah alır - FOTO

 12:49 21.06.2022     405

Mayami Polis İdarəsi “Ukrayna üçün silah” proqramını həyata keçirib - cəbhədəki ukraynalılara göndərmək üçün şəhər əhalisindən odlu silahları satın alıb.

Redaktor.az xəbər verir ki, tapançalar üçün 50 dollar, ov tüfəngləri üçün 100 dollar və AK-47 və ya AR-15 kimi tüfənglər üçün 150 dollar ödənilib.

“Odlu silahlarınızı təhvil vermək üçün hələ də gec deyil, heç bir sual verilmir! Silahların alınması Mayami şəhər meriyasında həyata keçirilir”, - deyə Mayami Polis İdarəsi “Twitter”də #SupportUkraine və #GunBuyBack heşteqlərini əlavə edərək yazıb.

Mayami polis rəisi Manuel Moralesin sözlərinə görə, bu yolla 68 silah toplanıb, amma “onlardan yalnız bir neçəsi Ukraynadakı dostlarımıza göndərmək üçün uyğundur”.

22
Vumart və Güvən reklamı Vumart Güvən