Ermənistanda müxalifət lideri deputat mandatından imtina edir

 14:28 21.06.2022     365

Ermənistan parlamentinin deputatı, “Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan deputat mandatından imtina edir.

Redaktor.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə o, özü məlumat verib.

Vanetsyan parlamentin ölkəni böhrandan çıxarmaq üçün effektiv meydan olmadığını və başçılıq etdiyi “Vətən” partiyasının qanunverici orqandan kənarda siyasi mübarizəni davam etdirəcəyini deyib.

“Vətən” partiyasının parlamentdən getməsi ilə Respublika partiyasının da daxil olduğu “Şərəf duyuram” parlament bloku faktiki olaraq dağılacaq.