Asiyada gərginlik - Çin Tayvana 29 təyyarə göndərdi

Çin ordusuna məxsus 29 təyyarə Tayvan adasının hava hücumundan müdafiə zonasına daxil olub.
Redaktor.az xəbər verir ki, bu barədə Tayvan administrasiyası məlumat yayıb.
Bombardmançı təyyarələrdən biri adanın cənubunda və Sakit okean hissəsində uçuşlar həyata keçirib.
Bununla yanaşı, reaktiv döyüş təyyarələri və radioelektron mübarizə təyyarələri də ada yaxınlığında müşahidə olunub.
Tayvan tərəfi bildirib ki, bunlardan 17-si qırıcı, 6-sı H-6 model bombardmançı, həmçinin elektron müharibə, erkən xəbərdarlıq, sualtı qayıq əleyhinə və havadan yanacaq dolduran təyyarə olub.
Tayvan Çin təyyarələrini xəbərdar etmək üçün döyüş təyyarələri göndərib, raket sistemləri aktivləşdirilib (modern.az).