Ruslar Azovstalda can verməkdə davam edir

 21:40 21.06.2022     541

Mariupolda rus işğalçıların Azovstal zavodunun ərazisinin minalardan təmizləməsi zamanı güclü partlayış baş verib. Nəticədə iki rus əsgəri həlak olub.

Redaktor xəbər verir ki, bu barədə məlumatı Mariupol merinin müşaviri Petr Andryuşşenko şəxsi "Telegram" kanalında paylaşıb.

"Bu gün rus istehkamçıları hərbçilərlə birlikdə "Azovstal" zavodunun domna sobaları ərazisini minalardan təmizləyiblər. Nəticədə iki işğalçı "Kobzonla birlikdə mahnı oxumağa" getdi. Partlayış şəhərin hər yerində eşidildi”, – Andryuşenko yazıb.

Onun sözlərinə görə, Rusiya “Azovstal”da enerji sektorunun partladılması barədə məlumat verib. Bu yolla ruslar bir aydan artıqdır ki, ukraynalı müdafiəçilərin olmadığı zavodda öz hərbçilərinin ölümünü gizlətmək istəyir.

İLTİFAT