İşğalçılar Xarkov sakinlərini atəşə tutdu - Ölənlər var

Rus işğalçılarının Xarkovda şülki şəxsləri atəşə tutması nəticəsində 15 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov öz "Telegram" kanalında məlumat verib.
"15 nəfər həlak olub. 16 nəfər yaralanıb. Rusiyanın Xarkov vilayətini gündüz atəşə tutmasının belə dəhşətli nəticələri", - o, qeyd edib.
O, bildirib ki, axşam saatlarında rus işğalçıları Çuqev camaatını atəşə tutub. Ölənlərin arasında 8 yaşlı uşaq da var.
İLTİFAT