"“Sarmat” ilın sonunda döyüş növbətçiliyinə keçəcək" - Putin

“Ağır qitələrarası “Sarmat” ballistik raketinin sınağı uğurla həyata keçirilib. İlin sonunda ilk belə kompleksin döyüş növbəsində olması planlaşdırılır”.
Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Kremldə ali hərbi məktəblərin məzunları ilə görüşdə deyib:
“Sarmat”ın ilk buraxılışı aprelin sonunda baş tutub. Yeni raketlər hazırda xidmətdə olan "Voevoda" raketlərini əvəz etmək üçün nəzərdə tutulub. Krasnoyarsk diyarındakı Ujur raket birləşməsində raket alayı artıq yenidən silahlanmaya hazırlanır".
İLTİFAT