Ruslar qanadsız raketlərlə Odessadakı aerodromu vurdu

 23:59 21.06.2022     562

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki mədən platformalarına hücumuna cavab olaraq qanadsız raketlərlə  Ukrayna hərbi texnikası və pilotsuz təyyarələrin saxlandığı anqarları vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin hesabatında deyilir.

“Kiyev rejiminin təxribatına cavab olaraq Odessa yaxınlığındakı Şkolnı hərbi aerodromunda “Oniks” qanadlı raketləri Ukraynanın “Bayraktar-TB2” pilotsuz uçuş aparatlarının olduğu anqarları məhv edib.

Bundan əlavə, Kubanski adasında 155 millimetrlik Amerika M-777 haubitsalarının iki taqımı ləğv edilib. Həmçinin Rusiya aviasiyası Odessa vilayətinin Oçakov və Tuzla rayonlarında S-300 zenit-raket kompleksinin iki buraxılış qurğusunu vurub”, - sənəddə deyilir.

Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna İlanlar adasını ələ keçirə bilmədikdən sonra qaz platformalarına hücum dronları ilə hücum etmək qərarına gəlib.