Fars körfəzində gərginlik - İran ABŞ gəmilərinə “hücum” etdi

 03:56 22.06.2022     326

Fars körfəzində ABŞ-la İran arasında gərginlik yaşandığı və İran qayıqlarının ABŞ gəmilərinə yaxınlaşdığı bildirilir.

Redaktor.az teleqraf.com-a istinadən bildirir ki, ABŞ rəsmisi tərəfindən verilən açıqlamada Fars körfəzində ABŞ və İran arasında yaşanan gərginlik zamanı İrana məxsus gəmilərin ABŞ gəmilərinə zorakı davranış sərgilədiyi bildirilib.

Fars körfəzində irəliləyən ABŞ-ın "USS Sirocco" patrul gəmisi və "USNS Choctaw County" nəqliyyat gəmisinə 47 metr məsafədə 3 İran döyüş gəmisi yaxınlaşıb.

ABŞ tərəfi İran döyüş gəmiləri təhlükəsiz və qeyri-peşəkar bir manevr etdiyini bildirir.

İran silahlı qayıqlarına ABŞ gəmilərinin anons və fişənglərlə cavab verdiyi qeyd olunub. Təxminən bir saatlıq gərginlikdən sonra İran silahlı qayıqları ərazini tərk edib.

Məsələ ilə bağlı Tehran administrasiyasından hələlik heç bir açıqlama verilməyib.