Fransada burkiniyə qadağa qoyuldu

 10:25 22.06.2022     2740

Fransa Ali İnzibati Məhkəməsi müsəlman xanımlar üçün çimərlik geyimi olan burkininin ictimai hovuzlarda istifadəsini qadağan edib.

Redaktor.az xəbər verir ki, Ali Məhkəmə burkininin Fransanın dünyəvi dövlət prinsiplərini pozduğunu və bu geyimin dini motivlərə istinad etdiyi qənaətindədir.

Qeyd edək ki, bir ay əvvəl Qrenobl şəhərinin rəhbərliyi ictimai hovuzlarda burkini geyiminin icazəsinə dair qərar qəbul etmişdir.

Bu hadisədən sonra qərarın əleyhinə olanlar məhkəməyə müraciət edib.

Burkininin istifadəsi mütəmadi olaraq Fransada qızğın siyasi müzakirələrə səbəb olur.