Rusiyanın daha 130 hərbçisi və 1 helikopteri MƏHV EDİLDİ

 11:26 22.06.2022     6525

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 34 230 (130+) canlı qüvvəsi, 1 496 tankı, 3 614 zirehli döyüş maşını, 752 artilleriya sistemi, 239 reaktiv yaylım atəşi sistemi, 99 havadan müdafiə sistemi, 216 hərbi təyyarəsi, 182 helikopteri, 614 dronu, 137 qanadlı raketi, 14 gəmi/kateri, 2543 avtomobil texnikası və yanacaq çəni və 60 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts, Sloviansk və Avdiiv istiqamətlərində verib.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən