Əfqanıstanda zəlzələ yüzlərlə can aldı

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, yerli "Tolo News" telekanalı təbii fəlakətlər nazirinin müavini Şərafuddin Müslümə istinadən məlumat yayıb.
Nazir müvaini ölənlərdən başqa 610 nəfərin yaralandığını da bildirib.
Qeyd edək ki, ABŞ Geoloji Xidməti (USGS) Əfqanıstandakı zəlzəlıənin 6,1 bal gücündə olması barədə xəbər yayıb.
Paktika və Xost əyalətlərində ciddi dağıntılar qeydə alınıb. Taliban hərəkatının lideri Heybatullah Axundzadə beynəlxalq ictimaiyyəti və humanitar təşkilatları zəlzələdən sonra Əfqanıstana yardım göstərməyə çağırıb.
Xatırladaq ki, "Taliban" terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır.
İLTİFAT