Britaniya rusiyalı deputatlara viza vermədi

Böyük Britaniya ATƏT Parlament Assambleyasının Birmingemdə iyulda keçiriləcək sessiyasında iştirak etməli olan Rusiya nümayəndə heyətinə viza verməkdən imtina edib.
Redaktor.az xəbər verir ki, bu barədə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib.
“Biz faktiki olaraq qəzəbli cavab aldıq ki, Böyük Britaniya hökuməti, sözün əsl mənasında, Rusiya nümayəndə heyətinin ATƏT PA-dakı üzvlərinə ölkəyə hansı məqsədlə gəlmələrindən asılı olmayaraq viza verə bilməz”, - deyə Cabarov bildirib.