Ukrayna ordusu Rusiyanın Krımdakı hərbi obyektini VURDU

 18:00 22.06.2022     678

Ukrayna hərbçiləri Rusiya Federasiyasının işğalı altında olan Krımda rus işğalçılarının hərbi obyektlərindən birini vurub.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç “Qordon” nəşrinin təsisçisi, ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində bildirib.

"Ukrayna Silahlı Qüvvələri düşmənin hərbi obyektini uğurla vurub və vurmağa davam edəcək", - deyə o, vurğulayıb.

Nərmin