Səudiyyə vəliəhdi Ərdoğanla barışmağa gəldi

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu gün Türkiyəyə səfər edib.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şahzadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Qeyd edək ki, liderlər səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra pozulan əlaqələri normallaşdırmaq məqsədi ilə danışıqlar aparacaq.
Mərasimdən sonra liderlərin ikitərəfli görüşü başlayıb.
Görüşdə iki ölkənin əlaqələri, eyni zamanda, regional və beynəlxalq hadisələr müzakirə olunacaq.
Səfərin nəticələrinə əsasən, iki ölkə arasında ticarət və digər sazişlərin də imzalanması gözlənilir.