“Rusiyanın bizi enerji təchizatı sistemindən ayırmaq ehtimalına hazırıq” - Litva Prezidenti

“Litva Rusiyanın onu ümumi enerji təchizatı sistemindən ayırmaq ehtimalına hazırdır”.
Redaktor.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda “Reuters”ə bildirib.
O əlavə edib ki, gərginliyin artacağı təqdirdə Rusiyanın Litvaya hücum edəcəyinə inanmır, çünki Litva NATO-nun üzvüdür.
G.Nauseda NATO sammitində alyansın Baltikyanı ölkələrdəki kontingentinin artırılıb-artırılması ilə bağlı qərar qəbul edilən zaman Rusiya ilə qarşıdurmanın mümkünlüyü məsələsini qaldıracağını bildirib (report.az).