Bolqarıstan hökuməti istefaya göndərildi

 22:34 22.06.2022     264

Bolqarıstan parlamenti koalisiya hökumətinə etimadsızlıq səsverməsini dəstəkləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb. Etimadsızlıq və hökumətin istefasının lehinə 123, əleyhinə isə 115 parlamentari səs verib. 

Hökumətə etimadsızlıq səsverməsi keçmiş baş nazir Boyko Borisov başda olmaqla müxalifətdəki GERB partiyasının deputatları tərəfindən irəli sürülüb (modern.az).