Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılır

Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-na kimi təlimə çağırılır.
Redaktor.az “Armenia Today”a istinadla xəbər verir ki, təlimlərə 1444-ə qədər ehtiyatda olan hərbçi və 134 nəqliyyat vasitəsi cəlb olunacaq.
Bildirilir ki, təlimin keçirilməsində məqsəd ehtiyatda olan hərbçilərin hərbi bacarıqlarının təkmilləşdirilməsidir.