“İşğalçılar ukraynalıları Rusiya pasportu almağa məcbur edirlər” - VİDEO

Ukraynada müharibə davam edir.
Redaktor.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O, bildirib ki, Zaporojye və Xersonda yaşayan ukraynalılar Rusiya pasportu almağa məcbur edilir.
“Əhalinin bundan imtina etməsi toqquşmaya səbəb olub. Mülki əhali arasında xəsarət alanların olduğu bildirilir”, - deyə qeyd edilib.
Həmçinin bildirilib ki, Ukraynada taxıl ən çox Xerson və Nikolayevdə əkildiyi üçün Rusiya ordusu əsasən həmin əraziləri hədəfə alır.
Ətraflı süjeti təqdim edirik: