Rusiya hərbçilərinin oğurladığı prorektor azad edildi

 13:03 23.06.2022     198

Xerson Dövlət Universitetinin prorektoru Maksim Vinnik rus əsirliyindən azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə feysbukda Xerson Dövlət Universitetinin rektoru Aleksandr Spivakovski məlumat verib.

"Dostumuz, həmkarımız, Xerson Dövlət Universitetinin prorektoru Maksim Vinnik artıq Ukraynanın hökumətin nəzarətində olan ərazisindədir. Mən indicə zəng vurub öyrəndim ki, onunla hər şey qaydasındadır və salamatdır", - rektor yazıb.

Eyni zamanda o, Vinnikin ötən gün azadlığa çıxdığını da əlavə edib.

"İşğal altında həyatın necə olduğunu bilənlər anlayır ki, niyə bu məlumatı dərhal dərc etməmişik. Çünki heç kim Maksimin Xersonda təhlükəsizliyinə zəmanət verə bilməz", - Spivakovski bildirib.

Qeyd edək ki, iyunun 14-də Xersonda rus hərbçiləri Xerson Dövlət Universitetinin prorektoru Maksim Vinniki oğurlamışdılar.

T.İSMAYIL