İstanbulda Ukrayna taxılının idxalı üçün mərkəz yaradılacaq

Türkiyənin müdafiə naziri Hulusi Akar ingiltərəli həmkarı Ben Uolleslə görüşündə BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə həlli gözlənilən “taxıl dəhlizi” məsələsindən danışıb.
Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, o, bu fəaliyyətin İstanbulda qurulacaq əməliyyat mərkəzi vasitəsilə təhlükəsiz şəkildə həyata keçiriləcəyini bildirib.
“İstanbulda qurulacaq əməliyyat mərkəzindən bu fəaliyyətin təhlükəsiz və problemsiz idarə olunması mövzusunda ümumi fikir birliyi var”, - deyə nazir qeyd edib.