Rusiyada hərbi təyyarə qəzaya uğradı - Ölənlər var - YENİLƏNİB

 08:45 24.06.2022     674

Rusiyada təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

Redaktor.az xəbər verir ki, ölənlərin sayı dörd nəfərə çatıb.

Rusiyanın Ryazan vilayətində “İl-76” tipli təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində 10 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

***

Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən Ryazan vilayətində sərt eniş edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, təyyarə yerlə təmas zamanı qismən məhv edilib. Xəsarət alan ekipaj üzvləri xəstəxanalara çatdırılıb.

“İnterfax” isə mənəblərinə istinadən xəbər verir ki, hərbi təyyarənin qəzaya uğraması zamanı üç nəfər ölüb, 6 nəfər xəsarət alıb.