Rusiya Ukraynada daha 100 hərbçi itirdi

 10:11 24.06.2022     694

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 34 530 (100+) canlı qüvvəsi, 1 507 tankı, 3 637 zirehli döyüş maşını, 759 artilleriya sistemi, 241 reaktiv yaylım atəşi sistemi, 99 havadan müdafiə sistemi, 216 hərbi təyyarəsi, 183 helikopteri, 622 dronu, 137 qanadlı raketi, 14 gəmi/kateri, 2553 avtomobil texnikası və yanacaq çəni və 60 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts və Sloviansk istiqamətlərində verib.

T.İSMAYIL

2