ABŞ Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına daxil etdi

 10:29 24.06.2022     587

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın terrorizmi himayə edən ölkələr siyahısına daxil edilməsinə dair qətnaməni təsdiqləyib.

Redaktor.az  "Amerikanın Səsi"nə istinadən xəbər verir ki,  qətnamə mayın 9-da respublikaçı senator Lindsi Qrem tərəfindən təklif edilib və demokrat senator Riçard Blumental tərəfindən dəstəklənib.

Rusiyanın terrorizmi dəstəkləyən dövlət kimi tanınması ilə bağlı yekun qərarı prezident Co Baydenin administrasiyası verməlidir.

"Komitə administrasiyanı qətnaməni təsdiq etməyə çağırır, çünkiə Rusiya hələ də terrorizmin dövlət himayədarı kimi müəyyən edilməyib", - respublikaçı senator Kris Kuns deyib.

Senatorlar Rusiyanın terrorizmi dəstəkləyən dövlət kimi tanınmasın üçün aşağıdakı faktları səbəb göstərib:

 Putinin siyasi opponentlərə və milli dövlətlərə qarşı beynəlxalq terror aktlarını təşviq etməsi;

 İkinci Çeçenistan Müharibəsi zamanı dinc əhaliyə qarşı terror kampaniyası;

 2014-cü ildən bəri yaraqlılara və Ukrayna vətəndaşlarına qarşı zorakılıq aktlarına dəstək;

 Suriyada mülki şəxslərə zərbələr endirilməsi;

 Suriya terrorizminə sponsorluq edən ölkənin hakimiyyət orqanlarının maddi dəstəyi;

 Ukrayna, Suriya, Sudan və Liviyadakı Vaqner PMC-ləri də daxil olmaqla, dünya üzrə muzdluların təxribat fəaliyyəti;

 Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada saysız-hesabsız mülki əhalinin ölümünə səbəb olan hərbi cinayətlərin törədilməsi;

 Ukraynanın hər yerində mülki şəxslərin çoxsaylı kütləvi edamları və cinayətlərini kütləvi məzarlarla gizlətmək cəhdləri və s...

"Şübhə yoxdur ki, Vladimir Putin başda olmaqla Rusiya terrorizmin dövlət himayədarıdır. Onun Ukraynaya hücum əmri verərkən etdikləri terror aktıdır. O, hərbi cinayətkardır və edilən hər bir cinayətə görə məsuliyyət daşıyır ”, - senator Ceyms Riş bildirib.

Onun sözlərinə görə, Senatda keçirilən ümumi səsvermədə qətnamə “əhəmiyyətli sayda səs alacaq.

İLTİFAT