Ruslar Ukraynada 338 uşaq öldürüb

 13:37 24.06.2022     483

İşğalçı rusların Ukraynada qətlə yetirdikləri uşaqların sayı 338-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram” kanalında məlumat yayıb.

“Rusiya Federasiyasının dövlətimizə genişmiqyaslı silahlı təcavüzü nəticəsində 4 ay ərzində Ukraynada 948-dən çox uşaq zərər çəkib. 338 uşaq həlak olub, 610-dan çox uşaq yaralanıb”.

Ən çox uşaq ölümünün baş verdiyi ərazilər Donetsk vilayəti (335 nəfər), Xarkov vilayəti (177 nəfər) və Kiyev vilayətidir (116 nəfər).