Ukraynada rusların silah anbarı partladıldı
Ukraynanın ruslar tərəfindən işğal olunan Luqansk vilayətinin Svatovo bölgəsində güclü partlayış şəhəri silkələyib.
Redaktor.az xəbər verir ki, yerli sakinlərin sosial şəbəkədə paylaşdıqları məlumata görə, işğalçıların silah-sursat anbarları partladılıb.
Partlayış səsləri gecə saatlarından eşidilməyə başlayıb. Sonradan həmin ərazini Ukraynalılar toplarla atəşə tutublar.
Hələlik Baş Qərargah bu məlumatı şərh etməsə də, şəhər sakinləri hadisə yerindən foto və videolars sosial şəbəkələrdə yayımlayırlar.
İLTİFAT













