“Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq” - Ukrayna Müdafiə Nazirliyi

 13:30 25.06.2022     532

“Avqustun əvvəlindən Rusiya Federasiyasına qarşı müharibədə dönüş nöqtəsi olacaq hadisələr gözlənilir. İlin sonuna qədər döyüşlər minimuma endiriləcək”.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın İTV News telekanalına müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov bildirib.

"Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq və biz başqa ssenariləri nəzərdən keçirmirik. İlin sonuna kimi aktiv hərbi əməliyyatlar demək olar ki, sıfıra enəcək. Biz yaxın gələcəkdə ərazilərimizə nəzarəti bərpa edəcəyik", - deyə K.Budanov qeyd edib.

Eyni zamanda Budanov əmindir ki, ruslar Ukraynaya qarşı müharibədə uğur qazana bilməyəcək.

"Bu, onların Rusiya və Ukraynanı apardığı faciədir və bu, Rusiya üçün fəlakətlə bitəcək. Başqa heç nə yoxdur", -  deyə Budanov bildirib.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən