Ukrayna ordusu 5 yaşayış məntəqəsini ruslardan AZAD ETDİ
Ukrayna əsgərləri Donbassda 5 yaşayış məntəqəsini rus işğalçılarından azad edib.
Redaktor.az xəbər verir ki, bunu avropalı ekspertlərin “Twitter”də dərc etdiyi hərbi əməliyyatlar xəritəsi “Ukraine War Map” göstərir.
“Ukrayna Zolotaya Niva, Preçistovka, Novomayorski, Şevçenko və Yeqorovka üzərində nəzarəti bərpa edib”, - deyə ekspertlər bildirir.
Məlumatda qeyd edilib ki, rus işğalçıları Baxmut istiqamətində bir neçə hissədə geri çəkilib.
Nərmin Vüqarqızı













