İraqda qaz yatağını raketlə vurdular
İraqın şimalında yerləşən qaz yatağı dörd gün ərzində üçüncü dəfə raketlərlə hədəfə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.
İraqın Süleymaniyyə əyalətində BƏƏ-də yerləşən "Dana Gas" şirkətinin idarə etdiyi "Xor Mor" qaz yatağına ümumilikdə 6 raketin düşdüyü bildirilir.
İtkilər barədə məlumat verilməyib.












