ABŞ-dan Talibana JEST

 20:30 25.06.2022     438

ABŞ-ın Quantanamo həbsxanasında saxlanan Əfqanıstan vətəndaşı Əsədullah Harun azad edilib.

Redaktor.az xəbər verir ki, 15 il həbsdə saxlanılmış Haruna qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. O, 2006-ci ilin yayında Pakistan sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Bir il sonra ABŞ hərbçiləri onun Əl-Qaidə hərəkatı ilə əlaqədə olduğu iddia edərək Quantanamo həbsxanasına göndəriblər.

Əsədullah Harun bu gün Taliban nümayəndələrinin müşayiəti ilə xüsusi reyslə Qətərdən Kabilə gətirilib. O, paytaxtda təntənə ilə qarşılanıb.

Hazırda Quantanamoda 1 Əfqanıstan vətəndaşı saxlanılır.

Vumart və Güvən reklamı Vumart Güvən