ABŞ Konqresi Rusiyanın Ukraynadakı müharibəsini soyqırım kimi tanımağa hazırlaşır

 22:45 25.06.2022     510

ABŞ Konqresi Rusiyanın Ukraynadakı müharibəsini soyqırım kimi tanıyan ikitərəfli qətnamə layihəsi hazırlayıb.

Redaktor.az-ın "Foreign Policy"yə istinadla məlumatına görə, qətnamədə iddia edilir ki, Ukrayna vətəndaşlarının heç bir fərq qoymadan öldürülməsi, doğum evlərinə və xəstəxanalara hücumlar, yüz minlərlə insanın deportasiyası BMT-nin müvafiq Konvensiyasında nəzərdə tutulmuş soyqırım meyarlarına cavab verir.

Nəşr qeyd edir ki, qətnamə hüquqi qüvvəyə malik deyil, lakin bu, Rusiyanın hərəkətlərinin pislənməsinə işarədir və Konqres üzvlərinin Ukraynaya davamlı dəstək göstərmək səylərini özündə əks etdirir.

Xatırladaq ki, aprel ayında ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynadakı müharibəsini soyqırım aktı kimi qiymətləndirib.

Vumart və Güvən reklamı Vumart Güvən