Consondan Ukrayna ilə bağlı şok xəbər - Məcbur ediləcək...
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna hadisələri ətrafında mənfi tendensiyanın müşahidə edildiyini bəyan edib.
Redaktor.az xəbər verir ki, B.Conson Ukraynanın “pis sülh” bağlamağa məcbur edilə biləcəyindən qorxduğunu bildirib.
“Ukraynalıları “pis sülhə” təşviq etmək və ya məcbur etmək üçün təzyiqlər artacaq”, - deyə B.Conson britaniyalı jurnalistin suallarına cavab verərəkən vurğulayıb.
B. Conson əlavə edib ki, Vlaimir Putinə “öz yolu ilə getməyə” icazə verilərsə, bunun nəticələri beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid olacaq və uzunmüddətli iqtisadi fəlakətə gətirəcək.












