Ruslar Kiyevdə yaşayış binasını raketlə vurdu

 09:41 26.06.2022     364

Kiyevin Lukyanovka bölgəsində yaşayış binası raketlə vurulub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

Onun sözlərinə görə 9 mərtəbəli binanın damına düşən raket bir neçə yuxarı mərtəbəni dağıdıb.

Dövlət rəsmisi həmçinin qeyd edib ki, hazırda bina polislər tərəfindən mühasirəyə alınıb, yanğınsöndürənlər və digər xilasedici briqadalar hadisə yerində işləyirlər.

Ölən və yaralananlar haqqında isə məlumat verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən